ATİAHİ Samux rayon komitəsi qadın müəllimlərin bir qrupuna hədiyyələr təqdim edib
Martın 7-də ATİAHİ Samux rayon komitəsi və Samux Rayon Təhsil Şöbəsi tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar tədbir kecirilib.

Tədbirdə rayon komitəsinin sədri Natiq Hüseynov        çıxış edərək qadınlara dövlət qayğısından söz açıb. Vurğulayıb ki, hər il bayram günü ərəfəsində dövlətimizin başçısı cənab İlham Əliyeb 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, onların bir qrupuna fəxri adlar verir, digər bir qrupunu isə orden və ya medallarla təltif edir: “Bu, qadınlarımıza olan diqqət və qayğının təzahürüdür. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir”
“Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir. Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynamışdır”, - Rayon Təhsil Şöbəsinin müdiri Nurlana Həsənova Azərbaycan qadınlarını, o cümlədən tədbirdə iştirak edən xanımları təbrik edərkən deyib.

  Samux rayon komitəsi tərəfindən qadın iştirakçılara qiymətli hədiyyələr, Rayon Təhsil Şöbəsi tərəfindən isə Fəxri fərmanlar təqdim olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo