Samuxda müəllimlər günü qeyd olunub

Samux rayonunda 5 Oktyabr-Beynəlxalq Müəllim Günü münasibətilə tədbir keçirilib.

ATİAHİ Samux rayon komitəsi və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Samux rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə rayon məktəblərinin rəhbərləri və müəllimləri iştirak ediblər.

Rayon komitəsinin sədri N.Hüseynov və Təhsil sektorunun müdiri N.Həsənova müəllimləri təbrik ediblər. Çıxış edənlər dövlətimizin təhsil siyasətindən, bu istiqamətdə görülən işlərdən, həyata keçirilən islahatlardan söz açıblar. Bildirilib ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yüzlərlə məktəblər tikilib, təmir edilib, invertarlarla təchiz olunub. Qeyd olunub ki, müəllimlərə göstərilən diqqət və qayğı ən yüksək səviyyədədir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mütəmadi addımlar atılır, əməkhaqları artırılır. Həmçinin vurğulanıb ki, Azərbaycanda müəllim peşəsi müqqədəs peşə hesab olunur və cəmiyyətimizdə onlara ən ali münasibət nümayiş etdirilir.

Müəllimlər onlara göstərilən diqqətə görə, təşəkkür ediblər və bundan sonra da ölkə təhsilinin inkişafı naminə səylə çalışacaqlarını bildiblər.

Sonda müəllmlərə rayon komitəsi tərəfindən hədiyyələr təqdim olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo