Samuxda müsabiqə iştirakçısı mükafatlandırılıb

Mayın 26-da ATİAHİ Samux rayon komitəsi tərəfindən müsabiqə iştirakçısı mükafatlandırılıb. 
Belə ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirilmiş “Ən yaxşı təqdimat müsabiqəsi”nin iştirakçısı olmuş rayonun Alıuşağı kənd tam orta məktəbinin şagirdi Aytən Atakişiyevaya 200 manat pul mükafatı təqdim olunub.
Şagird və onun müəllimləri göstərilən diqqətə görə komitə əməkdaşlarına təşəkkür ediblər.  

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo