Samuxda şahmat yarışması təşkil olunub

 
Mayın 6-da Samux rayonunda təhsil işçiləri arasında şahmat yarışı keçirilib.
ATİAHİ Samux rayon komitəsinin təşkilatçılığı ilə baş tutan turnir dövlətimizin qurucusu və banisi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunub.
Açılış mərasimində çıxış edən rayon komitəsinin sədri N.Hüseynov yarışın təşkil olunmasının məqsəd və vəzifələrindən, həmçinin Ulu Öndərin dövlət quruculuğu yolunda gördüyü misilsiz xidmətlərdən bəhs edib. 
Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratmışdır və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir: “O, dünya siyasətinə təsir etmək gücündə olan və qlobal miqyasda təhlillər aparmağı bacaran siyasətçi idi. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir”.
Çıxışdan sonra yarışmaya start verilib. Maraqlı keçən yarışmada qaliblərə Fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo